SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti: Müasir texnologiyalar əsasında yaradılmış silahlar işimizi asanlaşdırır

Azərbaycan Prezidenti: Müasir texnologiyalar əsasında yaradılmış silahlar işimizi asanlaşdırır
7-10-2020, 20:12

Pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualını cavablandırarkən səsləndirib.

“Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”, - deyə dövlətimizin başçısı bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031