SON DƏQQƏ

22:46 - Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN

22:26 - İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

21:17 - Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb

20:32 - Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük

20:11 - Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

19:41 - Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

19:17 - Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb-VİDEO

18:46 - İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN

18:16 - Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO

18:10 - "Zirə" yenə qələbə qazana bilmədi

17:41 - Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

17:30 - Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi

17:15 - Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

17:07 - Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

17:00 - XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

naxcivanxeberleri.com

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılır - FƏRMAN

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılır - FƏRMAN
22-09-2020, 19:34

Prezident İlham Əliyev Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Fərmanla qərara alınır ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılsın.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilir.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilir.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə:

Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;

Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Cəmiyyətin müşahidə şurasının seçilməsi;

Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və onlarda ediləcək dəyişikliklərin təsdiqi;

Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.

Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin balansına verilməsini təmin edəcək, bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin inzibati bina ilə təmin edilməsi üçün tədbirlər görəcək və bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30