SON DƏQQƏ

naxcivanxeberleri.com

Oktay Qurbanov təltif edildi - SƏRƏNCAM

Oktay Qurbanov təltif edildi - SƏRƏNCAM
18-09-2020, 18:33

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Oktay Qurbanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında bank sisteminin inkişafında səmərəli fəaliyyətinə görə Oktay Aftandil oğlu Qurbanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".

Qeyd edək ki, Oktay Qurbanov "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının müdiri vəzifəsində çalışır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031