SON DƏQQƏ

naxcivanxeberleri.com

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək - FOTO

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək - FOTO
15-09-2020, 19:50

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur.

Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Camaldın kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün Camaldın kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, kəndin bütün infrastrukturu yenilənib, Camaldın müasir Azərbaycan kəndinə çevrilib. Bütün bunların hamısı ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bunun bəhrəsini Camaldın kəndində yaşayan əhali də görür. Kənddə maldarlıq, heyvandarlıq, əkinçilik inkişaf etdirilir. Camaldın kəndinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaq, ailə təsərrüfatlarına kreditlər veriləcəkdir. İnkişafın təmin olunmasında əhalinin üzərinə də mühüm vəzifələr düşür. Ona görə də yaradılan şəraitdən düzgün istifadə edilməli, təsərrüfatlar genişləndirilməlidir. 

Camaldın kənd sakinləri adından minnətdarlıq edən Yaqub Tağıyev demişdir: "Bu gün kəndimiz muxtar respublikamızın hər yeri kimi abadlaşıb, gözəlləşib. Buna uşaqlı-böyüklü hamımız sevinirik. Yeni tikilən müasir məktəb, kənd mərkəzi, ambulatoriya, xidmət mərkəzi, yenidən qurulan yol böyük qayğının ifadəsidir. İndi Naxçıvan kəndləri yaradılan şəraitlə  şəhərdən seçilmir. Kəndimizdə bir neçə il bundan əvvəl su dəyirmanı da tikilib istifadəyə verilib. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir".

  ***

Camaldın kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 100 metr yeni fiberoptik kabel, 980 metr yeraltı, 150 metr hava rabitə xətti çəkilmişdir. Həmçinin 790 metr uzunluğunda izolyasiyasız, 4723 metr uzunluğunda izolyasiyalı,  3 min 200 metr yüksəkgərginlikli, 13 min 800 metr aşağı gərginlikli hava elektrik xətləri çəkilmiş, 3 transformator yarımstansiyası əsaslı təmir edilmişdir. Bundan başqa 4581 metr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Camaldın - Ərəzin avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar içməli su xəttinin 400 metrlik hissəsinin yeri dəyişdirilmiş, 350 metr boru yenisi ilə əvəz olunmuşdur.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930