SON DƏQQƏ

naxcivanxeberleri.com

Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib - FOTO

Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib - FOTO
15-09-2020, 19:34

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulmuşdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını edib

Bildirilmişdir ki, ümumi uzunluğu 12,9 kilometr olan avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. Eyni zamanda 9 kilometrlik kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilmiş, 262 metr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Yolun üzərində 144 su keçidi qoyulmuş, 1710 metr beton kanal çəkilmiş, 1 körpü təmir edilmişdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930