SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident Naxçıvanda xidmət edən sərhədçiləri təltif etdi - SƏRƏNCAM

Prezident Naxçıvanda xidmət edən sərhədçiləri təltif etdi - SƏRƏNCAM
17-08-2020, 17:04

Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təltif olunanlar arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri “general-leytenant” Niyaməddin Tağıyev və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları da var.

Prezidentin Sərəncamı ilə general-mayor Tağıyev Niyaməddin Məhərrəm oğluna “general-leytenant” ali hərbi rütbəsi verilib. Prezidentin digər Sərəncamı ilə mayor Mehdiyev İlkin Hüseyn oğlu “İgidliyə görə” medalı ilə, polkovnik-leytenant Məlikov Vüqar Səfər oğlu və polkovnik-leytenant Mirzəliyev Rauf Vaqif oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31