SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm

Prezident İlham Əliyev: Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm
2-03-2019, 09:18

Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm.

NAXCİVANXEBERLERİ.COM məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.

Dövlətimizin başçısı muğam mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını bildirib: "Sonuncu mərkəz Ağdam şəhərində yaradılıb. Biz onun açılışını birlikdə qeyd etmişik. Ondan əvvəl digər şəhərlərdə açılıbdır. Muğam müsabiqələrinin çox böyük əhəmiyyəti var. Muğam bizim milli sərvətimizdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bizim musiqi mədəniyyətimizin xüsusi çəkisi var. Təsadüfi deyil ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır. Yəni, biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır. Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması tarixi nailiyyətdir. Biz, eyni zamanda, beynəlxalq muğam müsabiqələri, festivalları keçirmişik”.

İlham Əliyev bildirib ki, bu sənət bir neçə ölkədə yaşayır, ancaq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilməsi əlbəttə ki, böyük nailiyyətdir: “Onu da bildirməliyəm ki, UNESCO-nun müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsi salınıbdır".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31