SON DƏQİQƏ

naxcivanxeberleri.com

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
3-07-2020, 16:53

İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin vəzifələri artırılıb. Belə ki, bundan sonra nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31