SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub-FOTO

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub-FOTO
15-06-2020, 15:17

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir. İnsan amilinə verilən yüksək dəyər, ölkə vətəndaşlarının rahat yaşayının təminatı ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanların mənzil və avtomobillərlə təmin olunması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşan 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşan 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşan 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilib. 

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilmişdir. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü, eləcə də mənzil və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin həyatında dönüş tarixidir. Əgər Qurtuluş Günü olmasaydı, nə Azərbaycan olacaqdı, nə də ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çata biləcəkdi. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən Azərbaycana qaytarıldı. Nəticədə sabitlik, inkişaf və tərəqqi təmin edildi, Azərbaycan inkişaf etmiş dövlətlər sırasında layiqli yerini tutdu. 

Ali Məclisin Sədri demişdir: Vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, onlara mənzil və avtomobillər təqdim edilir. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin və ölkəmizin iqtisadi qüdrətinin nəticəsidir. Eyni zamanda dövlət və Vətən qarşısında xidməti olanlara göstərilən bu qayğı gənclərimiz üçün də nümunədir. 

Ali Məclisin Sədri mənzil və avotmobillə təmin olunanlara təşəkkürünü bildirmiş, mənzilin orderini və avtomobillərin açarlarını təqdim etmişdir. 

Avtomobillə təmin olunan Namiq Kərimov demişdir ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial rifahı, məişət şəraiti günbəgün yaxşılaşır. Biz bunu həyatın bütün sahələrində görür, hərtərəfli diqqət və qayğını daim üzərimizdə hiss edirik. Bütün bu işlər ümumilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu nəticələridir. Namiq Kərimov Milli Qurtuluş Günündə avtomobillə təmin olunduğu üçün qürur və sevinc hissləri keçirdiyini bildirmiş, ailə üzvləri adından minnətdarlıq etmişdir.

Avtomobillə təmin olunan Musa Hətəmov demişdir: “Muxtar respublikamızda vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən qayğı insan amilinə verilən dəyərin təzahürü, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Biz şahidiyik ki, ulu öndər Heydər Əliyev ən çətin məqamda Naxçıvana sahib çıxdı, onu düşmənin hücumlarından qorudu və inkişaf yoluna yönəltdi. Bu gün bu yol Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada uğurla davam etdirilir və Naxçıvan günbəgün inkişaf edir. İnsanların güzəranı hər gün daha da yaxşılaşır. Göstərilən diqqət və qayğının növbəti nümunəsi olan və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışının 27-ci ildönümündə keçirilən bu tədbir də bizim üçün ikiqat sevinc, ikiqat bayramdır”. Musa Hətəmov ailə üzvləri və tədbir iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.              

Naxçıvan şəhərində yerləşən 3 otaqlı mənzil tam təmir olunmuş, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Mənzillə təmin olunan ailəyə xalça hədiyyə olunmuşdur.

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub-FOTO

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930