SON DƏQQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
11-06-2020, 21:09

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İcazə verin, dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin dönəmdə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildirim. Pandemiyaya qarşı apardığımız birgə mübarizə beynəlxalq arenada əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini bir daha təsdiq edir.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı maraqlarımız naminə dostluq mühitində gələcəkdə də inkişaf edəcək, regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

X X X

İrlandiyanın Prezidenti Maykl Higginsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu fürsətdən istifadə edərək, İrlandiya belə bir həssas dönəmdə planetimizin bütün vətəndaşları üçün həyati vacib məsələlərdə təhlükəsizliyin təminində önəm kəsb edən qlobal iqtisadi imkanlara nail olunması, həmçinin iqlim dəyişmələri ilə bağlı öhdəliklərimizə sadiqlik nümayiş etdirilməsi və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanla həmrəyliyini ifadə edir.

Qoy gələcək günlər Azərbaycan xalqına sülh, firavanlıq və səadət gətirsin!".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930