SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
2-06-2020, 23:21

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq istəyirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

X X X

Dominikan Respublikasının Prezidenti Danilo Medinadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və böyük xalqınızın tərəqqisi, firavanlığı üçün ən xoş arzularımı çatdırmaqdan şərəf hissi duyuram".

X X X

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin möhkəmlənməsində Sizinlə davamlı əməkdaşlıqdan məmnunluğumu bildirirəm. Sizə böyük məmnuniyyətlə məlumat verirəm ki, bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşümüz zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı apardığımız müzakirələrin nəticəsi olaraq bizim nümayəndə heyətimiz Bakıda uğurla işləyib. Dağ-mədən, kənd təsərrüfatı və yüngül sənaye sahələrində əməkdaşlıq və təcrübə mübadiləsinə dair danışıqlar müvəffəqiyyətlə davam edir. Cənab Prezident, əminəm ki, Siz bu səyləri dəstəkləməkdə davam edəcəksiniz.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm".

X X X

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq".

X X X

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da möhkəmlənməsini arzulayıram".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031