SON DƏQQƏ

21:49 - Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub

21:37 - Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

20:55 - Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi

20:48 - Mehriban Əliyeva Türkiyə Prezidentinə təşəkkür etdi

20:30 - Sahələrdə bol qarğıdalı yetişdirilib

20:16 - “Naxçıvan” Universitetində  “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib-FOTO

19:38 - Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

19:22 - Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir

19:05 - Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir

18:50 - Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir

18:35 - Vaqif Dərgahlı: Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır

18:21 - Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı

17:57 - Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək

17:43 - Vətəndaşlar Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə şanlı Ordumuz zəfər çalacaq

17:37 - Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi

naxcivanxeberleri.com

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM
2-06-2020, 16:32

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycanda mövcud olan mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların, fərqli konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yanaşı yaşamasının bariz nümunəsidir. Cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün möhkəm bünövrə rolunu oynayan etnik-dini rəngarəngliyin qorunub saxlanmasının müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə qərara alınır:

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930