SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
1-06-2020, 21:25

Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Peru xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzuladığımı bildirirəm.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqına möhkəm cansağlığı, tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm".

X X X

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Sizi və xalqınızı Azərbaycanın müstəqilliyinin 102-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edirəm. Bütün dünyanın pandemiya ilə üzləşdiyi bir vaxtda ölkənizə və xalqınıza həmrəylik, müqavimət və şəfa arzulayıram.

Litva və Azərbaycan arasında münasibətlərin getdikcə möhkəmlənməsindən çox şadam. Bizim videobağlantı formatında son danışığımız da göstərdi ki, maraq olan yerdə fəal ikitərəfli əməkdaşlıq mümkündür. Ümid edirəm ki, keçirilməsi planlaşdırılan Litva-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında iqtisadi əlaqələrin inkişafını müzakirə etmək imkanımız olacaqdır.

Azərbaycanın və Litvanın informasiya texnologiyaları, nəqliyyat, mebel və qida sənayesi, tibb və təhsil sahələrində böyük potensialı var. Qəti əminəm ki, bütün dünyaya yayılmış pandemiya aradan qalxdıqdan sonra xalqlarımız üçün turizm sahəsində daha geniş əməkdaşlıq imkanları yaranacaqdır.

Hazırda Azərbaycan Türk Şurasında və Qoşulmama Hərəkatında sədrlik edir. Sizin təşəbbüsünüzlə videobağlantı şəklində çoxtərəfli formatda Zirvə görüşləri uğurla keçirildi.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər Litva üçün çox önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqların yekunlaşdırılması bu əlaqələrin möhkəmləndirilməsinə uyğun addım olardı. Litva Azərbaycanın Avropa İttifaqı ilə fəal dialoqunu və Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı dövlətləri ilə müzakirələrini dəstəkləməyə hazırdır.

Zati-aliləri, Sizi milli bayram münasibətilə bir daha təbrik edirəm.

Xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edin".

X X X

Bəhreyn Krallığının Baş Naziri Xəlifə bin Salman Al Xəlifədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm. Həmçinin dost ölkələrimiz arasında səmimi münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram".

X X X

Tunis Respublikasının Prezidenti Kays Sayiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, ölkələrimiz arasındakı qardaşlıq və əməkdaşlıq əlaqələri xalqlarımızın maraqları naminə yeni üfüqlər açaraq daha da inkişaf edəcək və möhkəmlənəcək".

X X X

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Yunanıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

X X X

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycana və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram".

X X X

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031