SON DƏQQƏ

22:02 - Prezident İlham Əliyev “60 dəqiqə” proqramında sualları cavablandırıb

21:49 - Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri ilə telefon danışığı baş tutub

21:37 - Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

20:55 - Bosniya və Herseqovina Ermənistanın hücumlarını pislədi

20:48 - Mehriban Əliyeva Türkiyə Prezidentinə təşəkkür etdi

20:30 - Sahələrdə bol qarğıdalı yetişdirilib

20:16 - “Naxçıvan” Universitetində  “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib-FOTO

19:38 - Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

19:22 - Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir

19:05 - Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir

18:50 - Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir

18:35 - Vaqif Dərgahlı: Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır

18:21 - Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı

17:57 - Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək

17:43 - Vətəndaşlar Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə şanlı Ordumuz zəfər çalacaq

naxcivanxeberleri.com

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib
29-05-2020, 16:30

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Xorvatiyanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu il diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud əməkdaşlığın bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərimiz birgə səylərimizlə bundan sonra daha da möhkəmlənəcəkdir.

Ölkələrimiz arasında enerji sahəsində gələcəkdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına Avropa İttifaqı Şurasının sədri qismində Xorvatiyanın verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Xorvatiya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah arzulayıram".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930