SON DƏQQƏ

naxcivanxeberleri.com

Finlandiya və Braziliya liderləri Prezident İlham Əliyevi təbrik ediblər

Finlandiya və Braziliya liderləri Prezident İlham Əliyevi təbrik ediblər
29-05-2020, 14:37

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikasının qurulmasının 102-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin".

Eyni zamanda Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaru da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:

"Cənab Prezident.

Braziliya Hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayaraq, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930