SON DƏQQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur
27-05-2020, 16:50

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulub. Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələri tikiləcək, 5845 su və 1962 kanalizasiya birləşməsi aparılacaqdır. Bugünə qədər müxtəlif diametrli borularla 69,5 kilometr su və 9,9 kilometr kanalizasiya xəttinin tikintisi başa çatıb, 120 su birləşməsi aparılıb. Yeni qazılacaq 25 subartezian quyusunun hər birinin gücü saniyədə 8 litrdir. Bugünə qədər 4 quyu qazılaraq yuma işləri aparılmışdır. 

Subartezian quyularından sutəmizləyici qurğuya qədər diametri 110 millimetrdən 355 millimetrə qədər olan borularla 6,4 kilometr uzunluğunda boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq yeni tikiləcək 2 xam su anbarına vurulacaqdır. Daha sonra sutəmizləyici qurğuda təmizlənən su hər birinin tutumu 7500 kubmetr olan 2 təmiz su anbarına yığılacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir. Təmiz su anbarlarının dəmir-beton işləri başa çatdırılmışdır. Qarabağlar kəndinə suyun verilməsi üçün təmiz su anbarından nasoslar vasitəsilə su kəndin yuxarı hissəsində tikiləcək 2 su anbarına vurulacaqdır. Təmiz su anbarı ilə həmin su anbarları arasındakı təzyiqli boru xəttinin 2,5 kilometrinin tikintisi başa çatdırılmışdır. 

Kanalizasiya suları yeni tikiləcək çirkab su təmizləyici qurğuda təmizlənəcəkdir.   

Ali Məclisin Sədri layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930