SON DƏQİQƏ

naxcivanxeberleri.com

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı
20-05-2020, 21:59

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası 2020-ci il may ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın. II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:

1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi

2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV

Naxçıvan şəhəri, 20 may 2020-ci il

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31