SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib - FOTO

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib - FOTO
18-05-2020, 20:01

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Həkim ambulatoriyasında 8 otaq - baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları,  stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunub.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj  xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib - FOTOKənddə tibbi xidmətin səviyyəsi yüksəlib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930