SON DƏQQƏ

naxcivanxeberleri.com

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub - FOTO

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub - FOTO
18-05-2020, 19:58

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.  

Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası  Məmmədsabir  kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində poçt bölməsi fəaliyyətə başlamışdır. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 120 internet istifadəçisi vardır.

Bina istilik sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub - FOTO

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub - FOTO
Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930