SON DƏQQƏ

naxcivanxeberleri.com

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub - FOTO

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub - FOTO
15-05-2020, 19:05

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq”.

Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah ümummilli liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olub, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev prospekti yenidən qurulmuş, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınmış, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub.

Prospektdəki 7 ictimai yaşayış binasının fasadı, fərdi yaşayış evlərinin isə çardaq və hasarları da təmir edilib.

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub - FOTOCulfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930