SON DƏQQƏ

naxcivanxeberleri.com

Vətəndaşlar ölkə başçısına yazırlar: Fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var

Vətəndaşlar ölkə başçısına yazırlar: Fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var
2-05-2020, 14:35

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

NAXCİVANXEBERLERİ.COM Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.

Cəbrayıl rayonundan Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim Rəhim Rəhimovyazır: “Hörmətli cənab Prezident, 1990-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik edən şəxslər ölkəni çətin durumda qoyub qaçdılar. Atanız, ulu öndər Heydər Əliyevə xəzinəsi boş, anarxiyanın hökm sürdüyü dövlət miras qalmışdı. Xalq meydanlara xalq-Heydər, Heydər-xalq sədaları ilə çıxdı və nicat tapdı. Qısa zaman kəsiyində səsimiz yüksək tribunalardan gəldi. Siz Ulu Öndərin yolunu şərəflə davam etdirirsiniz. Siz bu çətin virus dönəmində xalqın yanındasınız. İnanırıq ki, Siz Mehriban xanımla qoşa qanad olub, xalqımızı bu virus burulğanından da çıxaracaqsınız. Xalqı ağuşuna alan qanadlarınız möhkəm, kölgəniz qalın, yolunuz uğurlu olsun! Allah amanında!”.

Hacıqabul rayonundan Emil Tahirovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident. Sizi səmimi qəlbdən salamlayıram. Ölkəmizdə pandemiya ilə mübarizədə yaxşı nəticələr əldə olunmasına görə Sizə təşəkkür edirəm. Bu nəticələrdə Sizin böyük əməyiniz var. Azərbaycanda təhsilə böyük diqqət göstərilir. Buna görə də Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, yeni uğurlar arzulayıram. Hər şeyə görə çox sağ olun, əziz Prezidentimiz!”.

Ağdam rayonundan məcburi köçkün Təvəkkül Xuduyev: “Hörmətli cənab Prezident, mən ölkəmizin dilbər guşələrindən olan Ağdam rayonunda anadan olmuşam. Mənfur ermənilərə görə elimdən, yurdumdan köçkün düşmüşəm. Hazırda dövlət tərəfindən Mingəçevir şəhərində salınmış Yeni Həyat qəsəbəsində yaşayıram. İşsiz kimi qeydiyyatda idim. Xüsusi karantin rejimi ilə əlaqədar heç bir işlə məşğul olmasam da, dövlətimiz məni birdəfəlik ödəmə ilə təmin etdi. Buna, həmçinin koronovirusla mübarizədə həyata keçirilən digər tədbirlərə görə qəsəbəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.

Cəlilabad rayonunun Göytəpə şəhərindən Əməkdar müəllim Elmira Abbasova: “Möhtərəm cənab Prezident, bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı indiki vaxtda Azərbaycanda yaşamağımız bizim üçün böyük səadətdir. Çünki Avropanın, Amerikanın və Asiyanın inkişaf etmiş dövlətlərini diz çökdürən bu gözəgörünməz bəladan ən az ziyan çəkən ölkələrdən biri Azərbaycandır. Bu isə Sizin müdrik, uzaqgörən və alternativsiz siyasətinizin real nəticəsidir. Əgər vaxtında qabaqlayıcı tədbirlər görməsəydiniz biz də İtaliyanın, İspaniyanın, Fransanın, ABŞ-ın, İranın və digər dövlətlərin aqibəti ilə üzləşəcəkdik. Bütün bunlara görə xalqımız Sizə və ən yaxın silahdaşınız Mehriban xanıma sonsuz minnətdardır. Cənab Prezident, Siz təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qayğısına qalırsınız. Biz bunu Sizin təşəbbüsünüzlə bu yaxınlarda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında əyani şəkildə gördük. Həmin konfransda vəziyyətdən daha az itkilərlə çıxmaq üçün irəli sürdüyünüz dəyərli təkliflər bütün dövlət başçıları tərəfindən yüksək qiymətləndirildi. Sizin kimi müdrik liderin rəhbərlik etdiyi bir ölkənin vətəndaşı olmağımızdan qürur duyuruq. Koronavirus dövründə həyata keçirilən qlobal tədbirlər xalqla iqtidarın birliyini daha da möhkəmləndirdi. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız cəmiyyətdə şüara çevrilərək, insanları bir-birinə daha möhkəm bağladı. Allah Sizi üstümüzdən əskik etməsin!”.

Cəbrayıl rayonundan Elşən Feziyev: “Hörmətli cənab Prezident, həqiqətən mən bir vətəndaş olaraq Sizin uzaqgörən siyasətinizin vurğunuyam. Sizin düzgün və vaxtında verilmiş qərarlarınızın nəticəsidir ki, koronavirus pandemiyasından az itkilərlə xilas olmaqdayıq. Çünki biz Sizin hər bir əmrinizə və tövsiyələrinizə canla-başla riayət etdik. Tətbiq edilən xüsusi karantin rejimi ilə bu pandemiya zəncirini uğurla qırdınız və yenidən azad həyatımıza davam etməyə başlayırıq. Cənab Prezident, Azərbaycanı inkişaf etmiş ölkələrdəki vəziyyətlə müqayisə etsək, doğurdan da fəxarət hissi yaradacaq addımlarınızın şahidi oluruq. Dünyanın probleminə çevrilmiş gözəgörünməz düşmənlə mübarizədə Siz daha bir uğura imza atdınız. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə uzun ömür, cansağlığı arzulayıram. Biz Sizinlə fəxr edirik. Ulu öndər Heydər Əliyev dediyi kimi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq!”.

Yardımlı rayonundan Alıquli Canəliyev və Əhmədağa Mirağazadə yazırlar: “Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı böyük bəladan qurtardığını yaxşı xatırlayırıq. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun! İndi isə onun layiqli davamçısı kimi Siz Azərbaycan xalqını bu ağır xəstəlikdən qurtarmaqdasınız. Siz vədlərinizi öz işinizlə sübut etdirsiniz. Hər bir azərbaycanlı Sizin üçün insan amilindən yüksək bir amalın olmadığını dərk edir. Cənab Prezident, Siz çox uzaqgörən, humanist, müdrik və alicənab insansınız. Tutduğunuz bu haqq yolunda Sizə uğurlar arzulayırıq. Bizə olan bu qayğı və diqqətə görə Sizə Yardımlı rayonunun Sırıq və Tilə kəndlərinin ağsaqqalları adından dərin təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun! Siz də bizi”.

Bakının Nərimanov rayonundan Səhrab Mikayılov, Miri Həsənov və Səmayə İbrahimova yazırlar: “Çox hörmətli cənab Prezident, Sizin dünyəvi bəla olan koronavirusla bağlı ölkəmizdə gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı böyük fəlakətlərdən xilas etməkdədir. Yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilməklə yanaşı, vətəndaşlarımızın maddi vəziyyəti də nəzərə alındı. Biz sadə vətəndaşlar fəxr edirik ki, xalqımızın qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var. Cənab Prezident, gördüyünüz və görəcəyiniz işlərə, fədakar əməyinizə görə Nərimanov rayonunun təqaüdçüləri adından Sizə dərin təşəkkür edir və böyük Allahdan cansağlığı, ailə səadəti arzulayırıq”.

Bakı şəhərinin sakini Rəfiqə Kərimli: “Möhtərəm cənab Prezident, mən bu məktubu Sizə qürurdan doğan göz yaşları ilə yazıram. Ölkəmizin belə bir çətin günündə, sadəcə, öz peşə borcumuzu yerinə yetirərək xalqımıza, dövlətimizə lazımlı olduğumuzu düşünərək qürur hissi keçirirəm. Artıq 25 gündür karantin rejimində işlədiyimizə görə evimizə, ailəmizin yanına gedə bilmirik. Dünən oğlumun ad gününü birlikdə keçirə bilmədik. Ancaq Heydər Əliyev Fondu bizi tək qoymadı, oğlumu ən gözəl hədiyyələrlə təbrik etdi. Bu, mənim və ailəm üçün ən unudulmaz ad günü oldu. Mən oğlumu təbrik edə bilməsəm də, Sizlərin sayənizdə, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin sayəsində sosial şəbəkələrdən oğlumun ad gününü minlərlə insan təbrik etdi. Bu, məni o qədər təsirləndirdi ki, Sizə məktub yazaraq minnətdarlıq etməyi özümə borc bildim. Həmçinin Mehriban xanıma demək istəyirəm ki, Siz gözəl ana, şəfqətli insan, örnək xanım, əsl ziyalı, çarəsizlərin ümid yerisiniz. Xalq və biz ziyalılar, cənab Prezident, Sizi və Mehriban xanım Əliyevanı həmişə öz himayəçimiz kimi görür, sevir, dəstəkləyir. Daim arxanızdayıq”.

Qazax rayonunun Yuxarı Salahlı kəndinin sakini Ruslan Vəliyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ilk növbədə, qeyd etmək istəyirəm ki, mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz məqsədyönlü siyasəti bəyənir və dəstəkləyirəm. Təəssüf ki, 2020-ci ildə dünyamız, doğma Vətənimiz, canımız Azərbaycanımız böyük bəla ilə üzləşdi. Lakin Sizin və hörmətli Mehriban xanımın qətiyyətli qərarları ilə ölkəmiz bu bəladan da üzüağ çıxmacaqdadır. Əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz gənclər yenidən ölkəmizin uğurlu gələcəyi olacağıq. Mən Sizə və hörmətli Birinci vitse-prezidentimizə Azərbaycan gənci kimi dərin təşəkkürümü bildirirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun! Biz birlikdə güclüyük!”.

Salyan rayonunun Kərimbəyli kəndindən Aqil Fətiyev, Orxan Hüseynov, Humay Vəliyeva, Səbinə Əkbərova və Fərəhman Mahmudov dövlətimizin başçısına ünvanladıqları məktubda qeyd edirlər: “Çox hörmətli cənab Prezident, bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu. Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxmısınız. Biz Azərbaycan xalqı olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun!”.

Ucar şəhərinin sakinləri Hamiz Maxsudov və Xəzər Ələsgərov yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz ucarlılar çox yüksək qiymətləndiririk. Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Bütün dünyaya sübut etdiniz ki, biz hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdik. Uğurlu yol seçmək və bu yolla inamla addımlamaq böyük bacarıq və qətiyyət tələb edir. Çox şadıq ki, bunlar hamısı Siz də cəmləşib. Cənab Prezident, Sizi dəstəkləyir, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930