SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidentinə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir

Azərbaycan Prezidentinə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir
19-04-2020, 12:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Məktubların bir neçəsini təqdim edirik:

Şamaxıdan 7 qat dünya və Avropa çempionu Musayev Rüstəm Vaqif oğlu idmançılar adından Prezidentə minnətdarığını bildirib:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan. Biz idmançılar Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi dəstəkləməyimizin səbəbi Azərbaycan xalqının xoşbəxt və firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticələridir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Sizin yüksək vətənpərvərliyiniz, xalqımıza bağlılığınız, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizləri sevindirir və gələcəyə ümidlərimizi daha da artırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930