SON DƏQQƏ

naxcivanxeberleri.com

Vətəndaşlar Prezidentə yazır: "İstirahət etmədən xalqımızın qayğısına qalırsınız"

Vətəndaşlar Prezidentə yazır: "İstirahət etmədən xalqımızın qayğısına qalırsınız"
17-04-2020, 11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

NAXCİVANXEBERLERİ.COM president.az saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edir.

Ağdam rayonunun Əfətli kənd sakini Şəmsəddin Əhmədovməktubunda yazır:

“Möhtərəm Prezidentimiz, son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli İlham Əliyev cənabları hər zaman öz xalqının yanındadır. Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımızı dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.

İsmayıllı şəhərindən məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbova, Brilyand Mursalova, Çingiz Muradlı və başqaları təşəkkür məktubunda Dövlət başçısının siyasətini dəstəklədiklərini bildiriblər:

“Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVID-19-yeni növ koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930