SON DƏQQƏ

naxcivanxeberleri.com

Prezident: Karantin rejimi kənd təsərrüfatı sahəsində problem yaratmamalıdır

Prezident: Karantin rejimi kənd təsərrüfatı sahəsində problem yaratmamalıdır
14-04-2020, 23:02

Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir. Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin. Operativ Qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Əminəm ki, bu göstəriş yerinə yetiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.

Birinci rübdə kənd təsərrüfatında 3,7 faiz artım qeydə alındığını vurğulayan dövlət başçısı deyib:

“Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930