SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə müasir səhiyyə xidməti göstəriləcək

Kərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə müasir səhiyyə xidməti göstəriləcək
7-02-2019, 19:42

Fevralın 7-də Kərimbəyli kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 8 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptekdən ibarətdir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili tibbi yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr və digər tibbi avadanlıqlar qoyulub. Həkim ambulatoriyasının qeydiyyat otağında kompüter quraşdırılaraq muxtar respublikanın elektron səhiyyə idarəetmə sisteminə qoşulub.

Fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Yaradılan şərait imkan verir ki, sakinlərin ilkin fizioterapevtik müalicələri ambulatoriyada həyata keçirilsin.

Tibb işçisi Lətifə Mustafayeva yaradılan şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri rayon mərkəzi xəstəxanaları ilə həkim ambulatoriyaları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fəaliyyət proqramının hazırlanması, eləcə də maarifləndirici tibbi broşürlərin hazırlanması barədə tapşırıqlar verib.
Kərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə müasir səhiyyə xidməti göstəriləcəkKərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə müasir səhiyyə xidməti göstəriləcək

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31