SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başladı - YENİLƏNİB

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başladı - YENİLƏNİB
10-03-2020, 11:09

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Prezident İlham Əliyev iclasda iştirak edir.


*** 10:00

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi parlamentin ən yaşlı deputatı Fəttah Heydərov edir.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.


*** 09:05

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Parlamentin ilk iclasına sədrliyi ən yaşlı deputat, yəni, Fəttah Heydərov edəcək.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930