SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda tədris və bununla bağlı tədbirlər təxirə salınıb - SƏRƏNCAM-YENİLƏNİB

Naxçıvanda tədris və bununla bağlı tədbirlər təxirə salınıb - SƏRƏNCAM-YENİLƏNİB
9-03-2020, 12:50

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Sərəncamı Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev martın 7-də imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikasında yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə:

1.2020-ci il martın 10-dan 20-dək Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2.Aidiyyəti dövlət orqanları və qurumları bu Sərəncamın 1-ci  hissəsinin icrası ilə bağlı digər qabaqlayıcı tədbirlərin davam etdirilməsini təmin etsinlər.

3.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

 ***

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dərslər martın 27-dək təxirə salınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930