SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO
11-02-2020, 22:04

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni çıxış edərək İran İnqilabının tarixinə nəzər salıb, ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini diqqətə çatdıran baş konsul qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam İnqilabının 41-сi ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayıb. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İran ilə Azərbaycan arasındakı əlaqələrin çox zəngin tarixi vardır. Biz Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr inkişaf edəcəkdir” fikirlərini xatırladaraq deyib: “Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq ilbəil möhkəmləndirilir. Ölkə prezidentlərinin qarşılıqlı səyləri, həyata keçirilən rəsmi səfərlər dövlətlərarası münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib”.

Sözsüz ki, ikitərəfli əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq xüsusi yer tutur. Ötən dövrdə bu istiqamətdə mühüm işlər görülmüş, enerji, nəqliyyat, təhsil, turizm, iqtisadi-ticarət və səhiyyə sahələrində əməkdaşlıq üçün hərtərəfli zəmin yaradılmışdır. 2019-cu il dekabrın 1-dən etibarən muxtar respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının giriş və viza tələbindən azad olunması isə əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri səmimi dostluq və qardaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib, bir daha İran xalqını İslam İnqilabının ildönümü münasibətilə təbrik edib.

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO
Naxçıvanda İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829