SON DƏQQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
5-02-2020, 20:09

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Aşağıda qeyd olunan tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilsin:
- Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi;
- Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri;
- Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin Nizamnamələrini təsdiq etsin və 2020-ci il fevralın 1-dən fəaliyyətlərini təmin etsin.

3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən publik hüquqi şəxslərin göstərdikləri ödənişli tibbi xidmətlərdən daxil olan vəsaitin 50 faizi işçilərin əməkhaqlarına əlavələrin verilməsinə yönəldilsin.

4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031