SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev: Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq

Prezident İlham Əliyev: Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq
14-01-2020, 14:21

Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.

Prezident İlham Əliyev söyləyib:

"İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa, əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim, əslində, xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır. O ki qaldı, Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına, əlbəttə, bu, çox müsbət haldır. İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Əlbəttə ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik.

Bizim xarici ticarət əlaqələrimiz artır. Ticarət dövriyyəsində qeyri-neft ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə bağlıdır. Bir çox ölkələrdə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan ticarət evlərini yaratdıq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031