SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN

Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
7-01-2020, 16:20

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 7-də Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Fərman imzalayıb.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq dövlət orqanlarında müvafiq struktur dəyişikliklərinin aparılması məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilsin.

2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çevrilsin.

3. Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. Bu Fərmanın 1-3-cü hissələri ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31