SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub - FOTO

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub - FOTO
1-01-2020, 15:20

2019-cu ildə muxtar respublikada bütün sahələrdə inkişafa nail olunub, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilib, makroiqtisadi göstəricilər artıb, yaşayış məntəqələrində geniş quruculuq işləri aparılıb. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunub, əməkhaqlarının artırılması, yeni iş yerlərinin açılması əhalinin rifahını və məşğulluğunu təmin edib, sabitlik daha da möhkəmlənib. Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük böyük uğur və nailiyyətlərlə qarşılayır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 31-də Naxçıvan şəhərində həmrəylik bayramı və yeni ilin gəlişi minlərlə sakinin və turistin iştirakı ilə qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanmışdır. Dövlət başçısı 2019-cu ildə də ölkəmizdə inkişafın təmin olunduğunu bildirərək demişdir: "2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşamışdır. Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir”.
Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub - FOTO
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub - FOTO
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub - FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031