SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək - FOTO

Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək - FOTO
28-12-2019, 17:41

Muxtar respublikada müasir səhiyyə müəssisələrinin qurulması və icbari tibbi sığortaya keçid bu sahədə xidmətin səviyyəsini yüksəldib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 28-də Böyükdüz kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, manipulyasiya, peyvənd, fizioterapiya kabinəsi, qeydiyyat və aptek vardır. Qeydiyyat otağında icbari tibbi sığortanın tətbiqi üçün şərait yaradılıb.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultra yüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib.

Tibb işçisi Gözəl Babayeva əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri həkim ambulatoriyasında səhiyyə işinin düzgün təşkili və icbari tibbi sığortanın tətbiqi ilə bağlı tapşırıqlar verib.


Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək - FOTOHəkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək - FOTO
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829