SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
23-12-2019, 20:23

Prezident İlham Əliyev “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031