SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib
23-12-2019, 12:00

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829