SON DƏQQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib
10-12-2019, 19:50

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini verib. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın tətbiq olunmasına imkan verir. İxtisaslı tibbi heyətin formalaşması nəticəsində Ordubad rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunacaqdır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyəti üzrə məlumat veriblər.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin nəzarətdə saxlanılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Culfa və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatdırılması barədə aid qurumlara müvafiq tapşırıqlar verib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev icbari tibbi sığortanın tətbiqi və səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930