SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Pakistan arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla Pakistan arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib
27-11-2019, 18:15

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi ilə Pakistanın Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031