SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21-11-2019, 18:19

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Ali Məclisin Sədri qonağı salamlayıb, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkib. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirib, Çin Hökuməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Xanım Qo Min səmimi qəbula görə minnətdarlıq edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Ölkəsinin qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran səfir mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031