SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
17-11-2019, 18:20

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər.

İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.

Əli Erbaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu ifadə edən Türkiyənin Diyanət İşləri Başqanı deyib: Naxçıvanın adının Nuh peyğəmbərlə bağlı olması mühüm əhəmiyyətə malikdir. Ali Məclis Sədrinin rəhbərliyi ilə qədim və müqəddəs diyar Naxçıvanda bu gün əldə olunan inkişaf, ən əsası isə İslam dəyərlərinin qorunub yaşadılması sahəsində görülən işlər qürurvericidir. Muxtar respublikadakı sabitliyin nümunə olduğunu bildirən Əli Erbaş göstərilən diqqətə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031