SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib-FOTO

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib-FOTO
9-11-2019, 18:37

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə dövlət bayrağımız qəbul edilib. Lakin cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız Azərbaycanda ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında qaldırılıb və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalıb. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 9-da muxtar respublikada Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib, Naxçıvan şəhərində yeni badam bağı salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib.

Məlumat verilib ki, bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektara yaxın sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaq, bərpa əkinləri aparılacaqdır. Əkin zamanı 125 mindən artıq müxtəlif meyvə və meşə tinglərindən istifadə olunacaqdır.

Yeni salınan badam bağı 55 hektardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri ərazinin 15 hektarında 3 mindən çox badam tingi əkiblər.

Ali Məclisin Sədri mövsüm ərzində badam bağında əkin işlərinin başa çatdırılması və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə ümumilikdə 22 mindən artıq sakin iştirak edib, 30 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınıb, 6 hektarda bərpa əkini aparılıb, 20 mindənçox müxtəlif meyvə və meşə tingi əkilib.

Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib-FOTO
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib-FOTO
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930