SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
4-11-2019, 18:25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də “Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-ıun məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvanpoçt” publik hüquqi şəxsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930