SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib
31-10-2019, 19:03

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olmuşdur. Lakin ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınmışdır. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev aidiyyatı üzrə məlumat veriblər.

Ali Məclisin Sədri noyabrın 1-dən etibarən Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiq olunması, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin birgə nəzarətdə saxlanılması, monitorinqlərin aparılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Ordubad, Culfa və Babək rayonlarında da icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılması və qısa müddətdə başa çatdırılması barədə aid qurumlara tapşırıqlar verib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev icbari tibbi sığortanın tətbiqi və səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930