SON DƏQİQƏ

naxcivanxeberleri.com

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub - FOTO

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub - FOTO
21-10-2019, 19:53

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını edib.

Bildirilib ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, 4400 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, statistika işçisi üçün otaq və zal vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təmin edilib, 384 nömrə tutumlu yeni ATS quraşdırılıb. Kənddə 67 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 204 üzvü vardır ki, onlardan 40-ı qadın, 39-u isə gəncdir.

Feldşer-mama məntəqəsi üçün binada 4 otaq ayrılıb. Məntəqə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, ilkin tibbi yardım və peyvənd çantaları, qlükometr, soyuducu və digər tibbi ləvazimatlarla təmin edilib.

Tibb bacısı Səadət Murtuzayeva minnətdarlıq edərək deyib ki, əvvəllər şəraiti olmayan binada fəaliyyət göstərirdik. Xidmətin təşkilində çətinliklər yaranırdı. Lakin bu gün feldşer-mama məntəqəsi üçün ən müasir şərait yaradılıb. Bu da imkan verəcəkdir ki, səhiyyə işçiləri sakinlərə hərtərəfli xidmət göstərsinlər.

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub - FOTOAlışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub - FOTO
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031