SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kültəpə kənd avtomobil yolu yenidən qurulub - FOTO

Kültəpə kənd avtomobil yolu yenidən qurulub - FOTO
30-09-2019, 19:50

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənddə tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu da yenidən qurulub.

Yol yatağı genişləndirilib, keyfiyyətli asfalt örtük salınıb, 85 su keçidi qoyulub, 1325 metrlik beton kanal çəkilib. Həmçinin 700 metr kənddaxili yol yenidən qurulub, qum-çınqıl qatı verilib.


Kültəpə kənd avtomobil yolu yenidən qurulub - FOTO
Kültəpə kənd avtomobil yolu yenidən qurulub - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930