SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTO

Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTO
30-09-2019, 19:39

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpədə kənd mərkəzinin açılışını edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bildirilib ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. Yeni Azərbaycan Partiyası Kültəpə kənd ərazi ilk təşkilatının 106 partiya üzvü vardır. Onlardan 25-i gənc, 45-i isə qadındır.
Rabitə evindəki 384 nömrə tutumlu ATS Kültəpə kəndində 192 abonentə xidmət edir. Hazırda kənddə 84 internet istifadəçisi vardır.

Kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin nümunəvi təşkili ərzaq təhlükəsizliyinin təminatında və sağlam məhsul istehsalında mühüm amildir. Ona görə də kənd mərkəzində baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri tikilənlərin qorunub saxlanılmasında və yaşıllıqların artırılmasında kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, müvafiq tapşırıqlar verib.

Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.


Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTOKültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTO
Kültəpə Kənd Mərkəzi istifadəyə verilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930