SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mehriban Əliyeva neftçiləri təbrik edib: "Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun"

Mehriban Əliyeva neftçiləri təbrik edib:
20-09-2019, 11:40

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, təbrik mətni M.Əliyevanın "Instagram" səhifəsində paylaşılıb.

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, - deyə, təbrik mətnində bildirilib.

Mehriban Əliyeva neftçiləri təbrik edib: "Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031