SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatıb"

Prezident:
16-09-2019, 14:10

"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatıb".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyənin Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığın bütün sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığın da hərtərəfli inkişaf etdiyini deyib. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlət başçısı iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini deyib və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə edib.

Dövlət başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyi ifadə edib və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini deyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031