SON DƏQİQƏ

14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb

14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb

14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub

14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO

14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”

14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"

14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"

14:18 - Ayxan Hacızadə: "Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır"

14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”

14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb

14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib

14:05 - Azərbaycanın XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - FOTO, YENİLƏNİB

14:00 - Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib-FOTO

13:55 - Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

naxcivanxeberleri.com

Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı
9-09-2019, 10:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılsın.

2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:

2.1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031