SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir-FOTO

Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir-FOTO
5-09-2019, 19:00

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid kompleksində aparılan inşaat işləri ilə tanış olub.

Məlumat verilib ki, 6400 kvadratmetr sahədə inşa olunan kompleksdə məscidlə yanaşı, Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün inzibati bina və mərasim evi yerləşəcəkdir. Məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək aparılır. İslam dəyərlərinə və Naxçıvan memarlıq üslubuna uyğun tərtibat verilir, pəncərələr şəbəkə formasında yığılır. Havalandırma, işıqlandırma və istilik sistemləri ilə təchiz olunacaq məscidin 40 metrlik iki minarəsində və 12 metrlik 15 günbəzində də son tamamlama işləri görülür. Məsciddə qadın və kişilər üçün ayrıca ibadət zalları, mədrəsə, həyətdə isə dəstəmaz yerləri istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri məscidin daxilində və fasadında işlərin keyfiyyətlə aparılması, xüsusilə mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.


Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir-FOTONaxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31