SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib

Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19-07-2019, 20:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaieni qəbul edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, nazir Abdullah bin Abdulaziz bin Turki Al-Subaie Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanda müvafiq qurumların rəhbərləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaienin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı ekologiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031